Gündəm

Əkrəm Əylisliyə həmrəyliyini bildirmiş bu məxluqun külü Şuşaya töküləcək – Bəs bizlər?..

Əkrəm Əylisliyə həmrəyliyini bildirmiş bu məxluqun külü Şuşaya töküləcək – Bəs bizlər?..
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
"Ölümündən 5 il əvvəl sovet –rus yazıçısı və kinodramaturqu Kim Bakşi bir vəsiyyət yazıb və külünün bir hissəsinin Ermənistanda, digərinin isə Qarabağda basdırılmasını istəyib”.
Erməni mediasınn yaydığı məlumata görə, "erməni xalqının böyük dostu”nun arzusu yerinə yetiriləcək. Kim Bakşinin külünün bir hissəsi cümə axşamı işğalçı  ölkənin Qarni dərəsində dəfn ediləcək və bir neçə gün sonra eyni mərasim Qarabağın Şuşi şəhərində keçiriləcək. Bu barədə çərşənbə günü tədbirin təşkilatçısı – Ermənistan Dövlət Filarmoniyasının direktoru Qagik Manasyan ermənipərəst yazıçıya həsr olunmuş xatirə axşamında  bildirib.
Xatırladaq ki, bu il martın 5-də Moskvada ölmüş Kim Bakşinin işğalçı və separatçı ermənilərə dəstəyi son illər daha çox  "Duxovniye sokrovişa Arsaxa” ("Arsaxın mənəvi xəzinələri”) kitabı ilə üzə çıxıb. O, 2013-cü ildə Azərbaycanda kəskin etirazla qarşılanmış   "Daş yuxular” əsərinin müəllifi  Əkrəm Əylisli ilə həmrəylik nümayiş etdirərək  "Biz əlimizdən gələn köməyi ona göstərəcəyik”- demişdi.
P.S. Bu ermənipərəst məxluqun külü Şuşaya töküləcək, bəs  28-ci ildir bu Azərbaycan gözəlini(!) azad edə bilməyən bizlər başımıza haranın külünü tökəcəyik?.. (moderator.az)