Gündəm

Şahmatçılarımızın yeni reytinqi

Şahmatçılarımızın yeni reytinqi
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Beynəlxalq Şahmat Federasiyası (FİDE) oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

 

Kanal14.az qol.az-a istinadən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2767 xalla 7-ci pillədə qalıb.

 

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 15-ci (2758),  Qədir Hüseynov (2660) isə 86-cıdır. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.

 

Qadınlar arasında Günay Məmmədzadə 2427 xalla 38-ci, Gülnar Məmmədova 2369 xalla 97-ci, Xanım Balacayevə və Ülviyyə Fətəliyeva isə hərəyə 2368 xalla 98-99-cu pillələrdə qərarlaşıblar.Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2876) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2812) ikinci, Liren Dinq (Çin, 2811) üçüncüdür.