Gündəm

Oğurluq edən tutuquşu həbs olundu

Oğurluq edən tutuquşu həbs olundu
 
 
 
 
 
 

 
 
 
 
 
 

 
 

Hollandiyanın Utrext şəhərində polis oğrunu tutuquşusu ilə birlikdə həbs edib.

DogruXeber.az xəbər verir ki, polis sentyabrın 26-da mağazadan oğurluqla bağlı məlumat aldığını söyləyib.

Onlar oğrunu yerindəcə həbs etməyə nail olublar. Cinayətkarın çiynində tutuquşusu da olub.

 

Oğru və tutuquşu təcridxanaya aparıldıqda hüquq-mühafizə orqanlarının əməkdaşları quş üçün nə qəfəs, nə də boş bir otaq olmadığını etiraf ediblər. Yaxalanan şəxslə görüşdən sonra tutuquşunu sahibinin yanına qoyublar.

Quş üçün su və ağ çörək gətirilib./Lenta.ru