Gündəm

İnternetdən geyim sifariş etdilər, narkotik göndərildi – Foto

İnternetdən geyim sifariş etdilər, narkotik göndərildi – Foto
 
 
 
 
 
 
 
 
Hollandiyadan onlayn alış-veriş edən avstraliyalı cütlük gözlənilməz hadisə ilə üzləşib.

"Kanal14.az” xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın Linz şəhərində yaşayan ər-arvad internet mağazaların birindən libas sifarişi edib. Bir neçə gün sonra sifariş etdikləri bağlamaları alan cütlük rəngli kişik həblərin olduğu əlavə paket də alıblar. Əvvəlcə bunun dekorativ məqsədli olduğunu zənn edən 58-59 yaşlı cütlük daha sonra onun ekstazi həbi olduğunu başa düşüblər.

Qadınla kişi dərhal polisə xəbər veriblər. Polis 24 min 800 ədəd ekstazi həbini müsadirə edib.
İnternetdən geyim sifariş etdilər, narkotik göndərildi – Foto