Gündəm / Hadisə

İsmayıllıda otlaq sahəsində kişi meyiti tapılıb

İsmayıllı rayonu Namazgah kəndinin ərazisində naməlum kişi meyiti tapılıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Namazgah kəndində yaşayan Atayev Elşad İkram oğlu və Babayev Elməddin Əfqan oğlu xırdabuynuzlu heyvanları Namazgah və Bağəli kəndləri ərazisində otarmağa apararkən orada çürümüş insan meyiti görüblər və bu barədə dərhal polis şöbəsinə məlumat veriblər.

 

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları meyit olduğu yerə gəliblər. Meyiti tapılan şəxsin kimliyi məlum deyil. Onun hansı səbəbdən öldüyünü müəyyən etmək üçün İsmayıllı rayon Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə təhvil verilib. İlkin məlumata görə, meyit açıq havada qaldığına görə hissələrə bölünüb və tanınmaz hala düşüb. Həmin insanın təxminən iki il əvvəl öldüyü ehtimal edilir. 
 

 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.         

 
Sosial səhifələrdə pay