kanal14.az
kanal14.az

Arif Hacılı başqanlığına namizədliyi ilə bağlı qərarını hələlik açıqlamaq istəmir

Arif Hacılı başqanlığına namizədliyi ilə bağlı qərarını hələlik açıqlamaq istəmir
17-09-2019, 16:11 57 dəfə baxılıb

Arif Hacılı başqanlığına namizədliyi ilə bağlı qərarını hələlik açıqlamaq istəmir
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Müsavat Partiyası oktyabrın 12-də növbəti 9-cu qurultayının keçirilməsi barədə qərar qəbul edib.

 

Kanal14.az bildirir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı "Amerikanın Səsi”-nə müsahibəsində bildirib ki, 9-cu qurultay hesabat-seçki qurultayıdır: "Qurultayda partiya başqanının, mərkəzi nəzarət-təftiş komissiyasının hesabatları dinləniləcək. Təşkilatı məsələlərə baxılacaq, partiyanın başqanı, mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri və sərbəst məclis üzvləri seçiləcək. Eyni zamanda, proqram və nizamnaməyə müəyyən dəyişiklik və əlavələrin edilməsi nəzərdə tutulur.”

 

`Partiya başqanlığına namizədlər ötən qurultayda ilkin seçki yolu ilə müəyyən edilib, bəs indi necə müəyyənləşdiriləcək?-sualının cavabında Hacvılı deyib ki, namizədlərin müəyyənləşməsi üçün hər hansı bir prosedur yoxdur.

 

"İstənilən partiya üzvü başqanlığa namizədliyini irəli sürə bilər. Biz çalışacağıq ki, 9-cu qurultayda Azərbaycan tarixinin ən demokratik və ən şəffaf seçkilərinin keçirilməsinə nail olaq.”

 

Arif Hacılı öz namizədliyi ilə bağlı sualın cavabında deyib ki, Müsavat Partiyasının nizamnaməsinə görə onun daha bir müddət başqan olmaq hüququ var: "Namizədlərin irəli sürülməsi elan edildikdən sonra mən öz qərarımı açıqlayacam,” – o qeyd edib./Demokrat.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA