Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia

Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia
 
 
 
 
 
 
 
 
 
DogruXeber.az xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında müvəqqəti yaşayan Cəbrayıldan olan məcburi köçkünü Əliheydər Əliyevin Prezidentə ünvanladığı məktubu olduğu kimi sizlərə təqdim edirik:


"Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında müvəqqəti yaşayan Cəbrayıldan olan məcburi köçkünü Əliheydər Əliyevin sözlərinə görə, qəbir qazmasının səbəbkarı, "Azəravtoyol” ASC-nin 8 saylı yol istismar idarəsinin rəisi rəisi Əliheybət Şirinovdur. Əliheydər Əliyev iddia edir ki, 2013-2015-ci illər ərzində ona məxsus avtomaşınlarla 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin şifahi sifarişi ilə müxtəlif tikinti obyektlərinə yüklər daşımışlar. Əliheybət Şirinov onlara müxtəlif tikinti materiallarının daşınması işlərini gördürmüş və görülmüş işlərin müqabilində ödənilməli olan 353.660 (üç yüz əlli üç min altı yüz altmış) manat məbləğində pulu ödəməkdən boyun qaçırmışdır. Pulu ödəmək bir yana hətta onu və ailəsini ölümlə hədələyir. Hətta deyir ki, muzdlu qatil tutub öldürtdürməyə və bu cinayəti də ört-basdır etməyə yetərincə pulumuz var. Elə buna görədir ki. Mən də daxil olmaqla ailə üzvlərimin qəbirlərini qazıb hazırlamışam. Artıq əlim hər yerdən üzülüb. Ölkəni tərk edib Avropanın ucsuz bucaqsız küçələrində ac suzsuz dolanmaqdansa ölümü tərciyə edirik. Amma ölüm qabağı Prezidentdən bir xahişim var ki, sağikən bizim qisasımızı bu harınlamış məmurdan alsın. Prezidentimiz cənab İlham Əliyev hər çıxışında bildirir ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Biz, bütün ailə üzvülərim də daxil olmaqla buna inanırıq."
Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia
Əliheybət Şirinov Cəbrayıl rayon məcburi köçkününə diriykən qəbir qazdırdı-İddia