Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Azəriqaz yarıtmaz xidmətinə birdə azyaşlıları ortaq etməyə çalışır

Azəriqaz yarıtmaz xidmətinə birdə azyaşlıları ortaq etməyə çalışır
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
İnsanı hansı bir işə təşviq edən zaman kənardan söylənilən sözlərin təsiri olduqca böyükdür. Belə vəziyyətə gətirilənlərə el arasında "qaza gəldi” ifadəsinin işlədilməsini çox duymusunuz. Qaz dediksə qətiyyən ağlınıza SOCAR-ın qazı gəlməsin. Onlar yaranışlarından elə bir "qaza gəliblər” ki, havalarını heç bir boru çıxara bilmir. Əminik ki, mətləbimizin nədən ibarət olduğundan hali oldunuz.

Düşünürük ki, Əkbər Hacıyevin rəhbəri olduğu Azəriqaz İB-i bu gün nəinki Bakı şəhərində, bütövlükdə Respublikada bərbad xidməti ilə ad qazanıb. Məhz onun üzündən əhali qızıldan qiymətli vaxtlarını və dəyərli əsəblərini itirib, saatlarla, günlərlə Azəriqaz İB-nin, ASAN kommunalların qapılarında qalırlar. Vəziyyətin acınacaqlı olduğunu və Əkbər Hacıyevin işində dönüş yaratması zərurətini nəzərə alan ölkə Prezidenti 03.05.2019-cu il tarixində müşavirə keçirtdi. Müşavirədə yol verilən nöqsanlara son verilməsi üçün ciddi tapşırıqlar verdi. Prezident qarşısında başını yelləməklə günahlarını anladığını təsdiqləyən Ə.Hacıyev müşavirə bitər-bitməz çirkin iş fəaliyyətinə davam etdi.

Uşaq olduğum zamanlar nənəm mənə nağıllar danışardı.
Nağılların içərisində cinlərdən bəhs etdikdə, "nənə, cinlər nədir” deyə soruşardım. Nənəm də "Cinlər nə yox, kimlərdir. İnsanlardan fərqli olaraq deyilənin əksini edirlər”. 03.05.2019-cu il tarixində ölkə prezidenti yanında keçirilən müşavirədən sonra Ə.Hacıyevin təkrar yarıtmaz işini olduğu kimi davam etdirməsi yadıma Cin tayfasını saldı.

Azəriqaz İB-nin özbaşına və cinayət xarakterli hərəkətlərindən bərk hiddətlənən 83 yaşlı təqaüdçü Maqsudov Şükürün səlahiyyətli nümayəndəsi (adının açıqlanmasına zərurət görmədik) "DogruXeber.az” informasiya agentliyinin redaksiyasında oldu. Vətəndaşı qəzəbləndirən səbəbi doğurdan da olduqca ciddi qanun pozuntusu hesab etmək olar.Bəs elə isə Azəriqaz İB niyə bu qədər pozuntunu adi hal hesab edir?. Pozuntu adlandırdığımız hal nədən ibarətdir, dinləyin, hali edək.

Bakı şəhərində ucdantutma qaz sayğaclarının dəyişdirilməsi proseslərini həyata keçirən Azəriqaz İB lazım oldu-olmadı yeni qaz sayğacları quraşdırır. Yeni sayğacların quraşdırılması işini isə sakinlərin xəbəri olmadan, yəni əhaliyə öncədən xəbərdarlıq etmədən yerinə yetirirlər. Halbuki, kommunal xidmətlərin göstəriciləri olan sayğaclar vətəndaşın şəxsi əmlakı hesab olunur. Şəxsi əmlak isə toxunulmazdır. Zərurət yarandığı halda isə əmlakın, daha doğrusu sayğacların yenilənməsi üçün ev sahibinin iştirakının zəruriliyi unudulmamaqla akt tərtib olunub, proseslər davam etdirilir.

Lakin vətəndaş Ş.Maqsudovun qanunla müdafiə olunan bu hüququnu pozan Azəriqaz İB-yi, görünür, vətəndaşı ahıl, çarəsiz sandı. Mənzil sahibinə və mənzildə yaşayanlara heç bir məlumat vermədən vətəndaşın qazını kəsib, yeni sayğac quraşdırılıb. İşlərini bitirdikdən sonra isə sənədlərin saxta rəsmiyyətini nizama salmaq məqsədilə Ş.Maqsudovun həddi-buluğa çatmayan nəvəsinə, babasının adı qarşısında imza etməsi məcbur edilib. Hansı sənədə və nə üçün imza etdiyini bilməyən məktəbli, sonradan saxta imza etdirildiyini öyrənir. Belə saxtakarlığa isə rəhbərlik edən Azəriqaz İB-nin nümayəndəsi, qrup rəhbəri Namiq Ələkbərovdur. Görünür, Namiq Ələkbərovun böyükləri aldatdığı azmış kimi, indi də azyaşlıları hədəf edib.

Digər bir özbaşınalıq Yasamal rayon Yeni Yasamal 2, bina 10, mənzil 119 ünvanında yaşayan məcburi köçkün Əsgərov Talıb Musa oğlunun mənzilində pasport qeydiyyatında olmayan şəxsin adına sayğacı qeyd ediblər. Vətəndaş öz əmlakının qaz təminatını özgənin minnəti, xahişi ilə təmin etməlidir.

Azəriqaz İB "xeyirxah” missiyasını bitirdikdən sonra qazsız qalan əhalini ASAN kommunallara yönəldir ki, gedin yeni qaz sayğacları üçün SMART kart alın. 83 yaşlı xəstə, ahıl qoca ASAN kommunalda 300 nəfərlik növbədə saatlarla oturub,növbəsinin gələcəyini gözləyir. Gözü görməyən, qulağı eşitməyən, təbii ehtiyaclarını çətinliklə saxlayan xəstə qocanın halını bir anlıq gözünüz önündə canlandırın. Onların belə hərəkətlərinə baxdıqda qeyri-ixtiyari düşünürsən. İnsanlara belə bir zülm "elminə” onlar hansı universitetlərdə yiyələndilər? Hansı məktəbdən keçib, "saxtakarlığın kitabını” yazdılar?

Yəqin ki, çoxlarının yadındadır. Bakının Sovetiski adlanan yaşayış ərazisinin söküntüyə düşəcək hissəsinə sayılı günlər qalırdı. Azəriqaz İB bunu bildiyi halda o ərazidə yeni qaz sayğaclarının quraşdırılması işini həyata keçirdi. Bəs bu "işgüzarlığın” arxasında nə dayanırdı? Düzü çox düşünüb, daşındıq. Sadəcə bir məntiqə vara bildik. Lazım olmayan ərazidə sayğac quraşdırma işi ilə büdcədən oğurluq etmək. Təbii ki, bunlar gözümüzün özündə baş verir. Həqiqəti gizlətməklə insanları, dövləti aldatmağa çalışan SOCAR bir həqiqəti unudur ki, onlar özləri-özlərini aldadırlar. Elə olmasa idi təkrar olaraq vurğulayırıq ki, ölkə Prezidenti yarıtmaz işinizdən ciddi narazılığını bildirməzdi. Biz yenə də xeyirxah işimizi davam etdirib, sizə xatırlatmağı özümüzə borc bilirik. Gəlin Cinlər kimi sözün əksinə getməyin.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq:


"DogruXeber.az”