Gündəm / Siyasət

Vahid Ələkbərov milyarderlərin siyahısında ilk üçlükdə

Vahid Ələkbərov milyarderlərin siyahısında ilk üçlükdə
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 "Forbes” jurnalı rusiyalı milyarderlərin siyahısını hazırlayıb.

"Kanal14" xəbər verir ki, siyahıda ilk yerdə 26,2 milyard dollarlıq sərvəti ilə "Sibura” və "Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mihelson qərarlaşıb. 

<iframe width="817" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_1" name="aswift_1" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 817px; height: 200px;"></iframe>

Onu ortağı Qennadi Timçenko izləyir. Timçenko 22,1 milyard dollarlıq sərvətin sahibidir. 

Üçüncü yerə isə azərbaycanlı iş adamı, "Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərov adını yazdırıb.  Onun 21,2 milyard dollar sərvəti var.

İlk beşlik 20,8 milyard dollar sərvətlə "NLMK” şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin və 20,4 milyard dollarla "Severstali” şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşov ilə tamamlanıb.