kanal14.az
kanal14.az

“SOCAR Türkiye”də yeni təyinat olub

“SOCAR Türkiye”də yeni təyinat olub
11-09-2019, 16:55 37 dəfə baxılıb

“SOCAR Türkiye”də yeni təyinat olub
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş”nin Maliyyə və investisiya əlaqələri şöbəsinə yeni müdir təyin edilib.

"SOCAR Türkiye”dən "Report”a verilən məlumata görə, bu vəzifəyə Mehmet Sezgin gətirilib.

 

Boğaziçi Universitetinin məzunu olan M.Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir. O, Fransada biznes idarəçiliyi üzrə magistr dərəcəsi (Master of Business Administration – MBA) alıb.

Xatırladaq ki, SOCAR Türkiyədəki törəməsi vasitəsilə "Petlim”, "Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinə ümumilikdə 14,2 milyard ABŞ dolları investisiya yatırıb. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA