kanal14.az
kanal14.az

XIRDALAN XIRDALANIR

XIRDALAN XIRDALANIR
9-09-2019, 12:49 37 dəfə baxılıb

XIRDALAN XIRDALANIR
 
 
 
 
 

 
 
 
 
 
Dəfələrlə, Abşeron rayonun mərkəzi olan Xırdalanın problemləri barədə kütləvi informasiya vasitələrində yazılar dərc olunsa da, ortada görünən odur ki,Abşeron rayon icra hakimiyyətinin başçısı və onun tabe məsulları,ya kimlərəsə o qədər arxayındırlar ki,ölkə ictimaiyyətinin diqqətlə oxuduğu tənqidi materialları veclərinə almırlar, ya da bu vəzifəlilər o qədər vecsizdirlər ki,onlar üçün şəxsi mənafelərindən kənarda​ hər bir vətəndaş haqqının pozulması, ruslar​ demiş, "моя хата с краю"​ ​ ​ prinsipinə söykənir.Qeyd edilməlidir ki, vətəndaşların şikayətlərinə laqeyd yanaşmaq,onların adi haqqlarının belə tapdanmasına qulaqardı münasibət bəsləmək, ancaq öz mənafelərini düşünmək,təkcə Abşeron rayon icra hakimiyyəti rəhbərliyinin şakəri deyil.
Əvvəllər, tərəfimizdən,həddindən artıq özbaşınalıqla, harda gəldi tikinti dələduzlarına göydələn-çoxmənzilli yaşayış binalarının​ tikintisinə yalnız "спасибо" müqabilində olmadığı kəmağıla da bəlli olan səbəblə torpaq sahələrinin ayrılması, tikintiyə icazələr verilməsi barədə doyunca yazmışıq. Azərbaycan Respublikası Prezidentinə,Azərbaycan Respublikası​ Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə​ Baş İdarəsinə də xeyli sayda əhalinin imzaladığı şikayət məktubları da göndərmişik. Lakin nəticələr hansısa dərinliklərdə basdırıla bilib.Təsəvvür edin ki,düz Xırdalanın mərkəzində H.Əliyev prospekti 1 ünvanında "Kristal M.Y.U" MMC-yə​ iki çoxmənzilli binanın tikintisinə icazə verilib,lakin 15 ilə qədər müddətdir ki, həmin binalar heç bir tələbə cavab vermədiyindən​ dövlət komissiyası tikintiləri rəsmi qəbul etməmiş, nəticədə son pullarını həmin binalardakı mənzillərə qoymuş kasıb-kusub camaat ,başqa dam örtükləri olmadıqlarından həmin mənzillərə köçməyə zorlanmışlar.Binaların işıq xətləri kustar üsulla-kəndlərdə imkansız adamların mal tövlələrinə calaq -culaq məftillərlə işıq xətti apardıqları şəkildə çəkilmiş​ , qaz xətti isə yoxdur. Təxminən 200-dək ailə mənzilin sahibi hesab olunmadan,bu cinayətkar ünsürlərin "toyuğa dən səpmə" fitnəsi ilə yamadıqları mənziləbənzərlərdə,qışda elektrik qızdırıcılarından istifadə etməklə yaşamağa məhkum edilmişdir. İşığın pulunu isə, binalar dövlət komissiyasına təhvil verilmədiyindən,hüquqi şəxslərin ödədikləri tariflə ödəməyə məcbur olurlar. Üstəlik də, işıq,hər an qəflətən uzunmüddətli sönür,əhali həbsxana,yəni təxminən Hindistan həbsxanası şəraitində,sanki məhkəməsiz -filansız cəza çəkmiş olur.Mamed, Ümidvar və s. bu binaların sahibləri, əhaliyə satdıqları mənziləbənzərlərin faktiki sahələrini 5-10 kvadratmetr artıq yazaraq,bu yolla da külli miqdarda camaatı bıçaqsız soymağa​ da nail olmuşlar. Bununla bağlı, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə​ əhalinin kütləvi rəsmi müraciəti, sonradan, qeyri-məlum səbəblərdən Abşeron rayon Polis İdarəsinə göndərilmiş,həmin idarədə Tuncay adlı təhqiqatçı tərəfindən araşdırılması uçün, onun icraatına verilmişdir.Sonradan, camaat belə başa düşmüşdür ki,faktların göz deşdiyi şikayət məktubu,Tuncay müəllim tərəfindən qabaqcadan razılaşdırılaraq,tikinti lotularının diktəsi altında yerin yeddinci qatına gömülmüşdür. Əcəba, ay Tuncay müəllim, həmin şikayət məktubunda camaatın mənzillərinin kvadratmetrinin də saxta yolla artıq yazılması hesabına cinayətkarlar tərəfindən külli miqdarda özgənin əmlakının mənimsənilməsi faktlarını siz necə mülki işə çevirməyə nail olmusunuz, ya Abşeron rayon prokuroru buna necə göz yumub? Dələduzluq və mənimsəmə üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci və 179-cu maddələri ilə,bəs hansı ölkə vətəndaşlarına​ cinayət işi açılması nəzərdə tutulmuşdur"Axı, o Məcəllədə, Mamed, Ümidvar və digərləri üçün "qeyd" qrafaları yoxdur!
Bu sətirləri oxuyan xeyli insan sanki xorla deyəcək ki,Xırdalan şəhərində çoxmənzilli​ binaların tikintilərinə o qədər cinayətkar ünsürlər daraşıb ki,elə bil ki, kim tikinti dələduzluğu ilə məşğul olmaq istəyirsə, onun ağlına yalnız Xırdalan gəlir. Bu məkanda bir mənzilin bir neçə nəfərə satılması ilə məşğul olan xüsusi qruplar oturuşmuşlar.Araşdıran varsa,sözümün dalısını qovmağa hazıram.
İç-içə,hətta,mərkəzi küçə və prospektlərin sıxışdırılması hesabına dələduzlara torpaq sahələrinin ayrılması və çox ciddi məsuliyyət tələb edən yüksək mərtəbəli, çoxmənzilli binaların tikintisi üçün cinayətkarlara icazələrin verilməsinin bir mənbədən qaynaması ,bizim mövzumuzun ən ağrılı yeridir. Bu,binalarda,Cənab Prezidentə seçkilər zamanı etimad göstərən və ona inanan on minlərlə Azərbaycan vətəndaşı yaşayır. Mən cənab Prezident İlham Əliyev​ cənablarına üzümü tutaraq deyirəm ki ,"Cənab Prezident! Bütün məsuliyyətimlə bildirirəm ki,insanların Sizə inamı bu laqeyd və vecsiz rəhbərlər tərəfindən sarsıdılır.​
​ ​ H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsi,Abşeron rayonunun mərkəzi hesab olunan Xırdalan şəhərinin ən mərkəzi ərazilərindəndir. Bu şəhərin, gələcəkdə genişlənəcəyinə aid perspektivlər də yoxdur.Onun coğrafi mövqeyi buna yol vermir. Elə bil ki, bunu nəzərə alan yerli icra hakimiyyəti rəhbərliyi şəhəri qarmon kimi sıxmağa qərar verib.Xüsusi müxbirimiz Kərəm Quliyevin, yuxarıda qeyd etdiyimiz ərazidə çəkdiyi fotogörüntülərə diqqət edin. Küçələrin kəsişməsinin bir tərəfinə " Afşaran ", diğər tərəfinə"Olumpus"lövhəsi vurulmuşdur ki, bunlar şirkət adlarını büruzə verir. Bu şirkətlərin rəhbərləri, əlbəttə ki, özbaşına olmadan, hansısa saqqalın altından keçməklə, gözdeşən mərkəzi küçələrdən biri olan M,Hüseynzadə küçəsinin ,onsuz da ensiz olan piyada səkisini və küçənin özünün də tən yarısını,artıq yarım ildən çoxdur ki zəbt edərək,qülləli kranlarını orada lövbər etmişlər.Kefləri istəyən vaxt da,yük maşınlarını həmin ərazidə bənd edərək, boşaltma -yükləmə işləri ilə məşğul olurlar. Camaat isə avtobus dayanacağına getmək üçün,mütləq mərkəzi küçənin ortası ilə- avtomobilərin arası ilə addımlamalı olur.Şəkillərdən göründüyü kimi,küçə maşın tıxacı nəticəsində, onsuz da iflic vəziyyətinə düşmüşdür. Mən,şəxsən, bu barədə,həmin tikintidə fəhlələrin rəhbəri təsiri bağışlayan, təxminən 50 yaşlı kişiyə iradımı bildirəndə, o mənim üstümə xuliqancasına yeridi. Yaxındakı taksi sürücüləri olmasaydı, onun hədəfi məni fiziki cəhətdən cəzalandırmaq idi.Mən, daha artıq dərəcədə anladım ki,bu tikintilərin idarəediciləri lotudurlar."Lotu"termininin,çoxsaylı kriminal informasiya resurslarından aldığım bilgilərə əsasən tərifi belə olmalıdır :"Adları gizli saxlanan,lakin hamıya bəlli olan yuxarı strukturlar tərəfindən idarə olunan,ətrafında şilləvuranlar, yəni gözqıranlar ( rus dilində - шестерки ) toplamaqla, cinayət əməlləri törədən şəxslərə lotu deyilir.​
Təəssüf ki, Xırdalanın problemləri, təkcə tikinti quldurları ilə bitmir. Şəhərin xeyli küçələrində,məsələn,elə​ həmin M.Hüseynzadə küçəsinin özündə piyada səkilərinin üstündə şıdırğı küçə ticarəti baş alıb gedir.Əhali yolu keçə bilmir .Misir parkından H.Əliyev adına parka gedən yolda da​ ​ piyada səkiləri , hansısa, əslində məlum himayədarın razılığı ilə, tacirlər tərəfindən zəbt edilmişdir. Şəhərin bir çox yerlərində piyada səkilərinin düz üstündə ticarət köşkləri quraşdırılmasına icazə verilmişdir. Bir daşın üstünə ikinci daşı qoymamış,başlarının üstünü kəsdirən məmurların əlindən, əcəba bu işləri xəlvətləmək olurmu?​
Xırdalan şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər hamını sevindirsə də, əvvəldən mövcud olan normal asfalt örtüklərinin sıradan çıxarılaraq, işlər başa çatandan sonra, çox biyabırçı şəkildə gözdeşən mərkəzi küçələrə adda - budda asfalt vurulması, dalda küçələrin isə əksəriyyətinin bərbad halda qalması da, burda yaşayan əhalinin ciddi narazılığına səbəb olmuşdur.Şəhərə bir az davamlı yağış yağan kimi, piyadalar palçıq içində yeriməli olur, sürücülər isə gəmiçilik öyrənməyə sövq olunur.
​ Axı,bu qədər müddətdir ki, davam edən​ qanunsuzluqlar və onların motivi​ olan tamahgirliklər niyə daha yuxarı rəhbərliyin diqqətinə çatdlrılmır?
Həmçinin,​ Abşeron rayon hüquq -mühafizə orqanları tərəfindən,vətəndaşların kütləvi şikayətlərinə baxılması zamanı tikinti dələduzlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aidiyyatı maddələrinin tərkibi olduğu halda, nə üçün onlara cinayət işləri açılmadan cinayət işləri rədd olunur?Təkcə, çoxmənzilli binalarda, müqavilədə nəzərdə tutulmuş mənzil sahələrinin,müqavilədə​ olduğundan​ faktiki olaraq 5-10 kvadratmetr az olması,​ mənzilərə görə ödənişin isə həmin saxta müqavilə əsasında hesablanaraq alınması -özgənin əmlakının aldadılaraq​ mənimsənilməsindən başqa cür tövsif oluna bilərmi?-özü də kütləvi şəkildə!​
Dövlətimizin üst strukturlarına,təkrarən, bunları çatdırmaq şərəf borcumuzdur.​

"XEBERFAKT. İNFO" İNFORMASİYA PORTALININ BAŞ REDAKTORU : HAFIZ RÜSTƏMOV​

XIRDALAN XIRDALANIR
XIRDALAN XIRDALANIR
XIRDALAN XIRDALANIR
XIRDALAN XIRDALANIR
XIRDALAN XIRDALANIR
XIRDALAN XIRDALANIR
XIRDALAN XIRDALANIR
XIRDALAN XIRDALANIR
XIRDALAN XIRDALANIR
XIRDALAN XIRDALANIR
XIRDALAN XIRDALANIR







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA