kanal14.az
kanal14.az

YPX reyd keçirib, 40 sürücü barəsində protokol tərtib olunub

YPX reyd keçirib, 40 sürücü barəsində protokol tərtib olunub
7-09-2019, 13:08 24 dəfə baxılıb

 YPX reyd keçirib, 40 sürücü barəsində protokol tərtib olunub

 

 

 

 


 

 


Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşları tərəfindən Zaqatala rayonu ərazisində reyd keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyan reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük hüququ olmayan, sərxoş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı 80-dən artıq avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 40-nın sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunub. Eyni zamanda yol polisi əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər aparıb, onları sükan arxasında diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə çağırıblar.

YPX reyd keçirib, 40 sürücü barəsində protokol tərtib olunub
YPX reyd keçirib, 40 sürücü barəsində protokol tərtib olunub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA