Gündəm

“İnnocamp” innovasiya yay düşərgəsi başa çatdı - Fotolar

“İnnocamp” innovasiya yay düşərgəsi başa çatdı - Fotolar
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Şamaxıda keçirilən "İnnocamp” innovasiya yay düşərgəsi başa çatıb.

Kanal14.az-ın məlumatına görə, düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edib. 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirilib. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat verilib. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.

Həmçinin "İnnocamp” yay düşərgəsi çərçivəsində "Milli innovativ ekosistemin inkişafı” mövzusunda dəyirmi masa təşkil olunub.

 

"İnnocamp” yay düşərgəsi çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti arasında görüş keçirilib. Görüş zamanı təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində innovasiyaların tətbiqi mövzuları ətrafında müzakirələr aparılıb. Eyni zamanda, məktəblilərin yüksək texnologiyalar sahəsinə marağın artırılması məqsədi daşıyan "Robopark” layihəsi barədə danışılıb.  

Qeyd edək ki, "İnnocamp” innovasiya yay düşərgəsi 29-31 avqust tarixlərində Şamaxıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Azercell” və "Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan "İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilib. /Qafqazinfo