Gündəm

Nazirlikdən alınan parkların hamısı bu quruma verildi - RƏSMİ

Nazirlikdən alınan parkların hamısı bu quruma verildi - RƏSMİ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Həm Bakı, həm də rayonlar üzrə bütün mədəniyyət və istirahət parkları icra hakimiyyətlərinin balansına verilib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarında edilən dəyişikliyə əsasən, nazirliyin tabeliyindən çıxarılan mədəniyyət və istirahət parkları ona məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib:

"Əslində, bu qərar 2017-ci ildə qəbul edilib. Həmin vaxt siyahıdan 59 mədəniyyət və istirahət parkı çıxarılmışdı. Bu dəfə isə siyahı tamamlandı. Artıq bütün parklar ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə keçdi".

Qeyd edək ki, Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Qərarın 6-cı bəndinə əsasən, mədəniyyət və istirahət parkları nazirliyin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumların siyahısından çıxarılıb.