Gündəm

Bu icazələr də "ASAN xidmət"dən — ALINACAQ

Bu icazələr də "ASAN xidmət"dən — ALINACAQ
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
Sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədilə gələn aydan "ASAN xidmət"in təmin etdiyi məkanda fəaliyyət göstərəcək.
Bunu mətbuat konfransında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda, vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi "ASAN xidmət" mərkəzində həyata keçiriləcək:
"Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq".