kanal14.az
kanal14.az

İlin ən yaxşı smartfonu məlum oldu

İlin ən yaxşı smartfonu məlum oldu
17-08-2019, 14:57 29 dəfə baxılıb

İlin ən yaxşı smartfonu məlum oldu
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
Audio və videotexnika üzrə Avropa Jurnallar Assosiasiyası (European Imaging and Sound Association, EISA) 2019-2020-ci illər üçün ən yaxşı qurğular reytinqini təqdim edib.
"ICTnews”a istinadən xəbər verir ki, assosiasiyanın siyahısına görə, "Huawei P30 Pro” ilin ən yaxşı smartfon modeli seçilib.

Çin şirkətinin qurğuları ardıcıl ikinci ildir birinciliyə sahib çıxır. Belə ki, ötən il "Huawei P20 Pro” modeli ən yaxşı smartfon olub.
Ən mütərəqqi smartfon kimi "OnePlus 7 Pro” seçilib. İlin ən çox satılan modeli isə "Xiaomi Redmi Note 7” olub. Daha bir "Huawei” məhsulu - "Honor 20 Pro” ən yaxşı "LifeStyle” smartfon nominasiyasında qalib gəlib.

Bundan başqa, assosiasiya ən yaxşı simsiz qulaqcığı (JBL Reflect Flow), ən yaxşı küyü azaldan qulaqcığı (Sony WH-1000XM3), ən yaxşı portativ kolonkanı (LG XBOOM GO PK7) və əyləncə gecələri üçün ən yaxşı kolonkanı (JBL PartyBox 100) açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA