kanal14.az
kanal14.az

Sumqayıtda bir ailənin iki övladı 694 və 676 bal topladı

Sumqayıtda bir ailənin iki övladı 694 və 676 bal topladı
16-08-2019, 13:01 36 dəfə baxılıb

Sumqayıtda bir ailənin iki övladı 694 və 676 bal topladı
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Bu il Ali məktəblərə keçirilən qəbul imtahanlarında Sumqayıtda 1 ailənin 2 övladı 694 balla Məhəmməd, 676 balla Əli Ağamalıyev əkiz qardaşlar hər 2-si Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə qəbul olublar. 


Kurikulum sistemi üzrə keçirilən ilk imtanlarda çox abituriyent çətinlik çəksə də Məhəmməd bütün sualları tam 700 bala uyğun cavablandırıb, lakin 35-ci sualın cavabını cavab kartında qeyd edərkən həyəcandan 34-cü sualın cavabının yerinə qeyd etmək istəməsi və mexaniki bir səhvə yol verməsi ona ən yüksək nəticə göstərməyə imkan verməyib.


Onu da qeyd edək ki, Məhəmməd qəbul imtahanlarının həm də 1-ci mərhələsi olan 11-ci sinif buraxılış imtahanından 300 bal toplayaraq maksimum nəticə göstərib Orta təhsillərini fərqlənmə attestatı ilə başa vuran Məhəmməd və Əli Ağamalıyevlər Sumqayıtdakı Texniki və Təbiət Elmləri Liseyinin məzunlarıdırlar. 


Seçdikləri ixtisas üçün ilk imtahanda topladıqları bal yetərli olduğu üçün nə Məhəmməd, nə də Əli təkrarən yay qəbul imtahanlarına qatılmayıblar.


Əkiz qardaşlar Məhəmməd və Əli Ağamalıyevlərə gələcəkdə də tibb sahəsində böyük uğurlara imza atmalarını diləyirik.(Xeberle.com)



 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA