kanal14.az
kanal14.az

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? – İnanclar, adətlər…

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? – İnanclar, adətlər…
12-08-2019, 13:38 30 dəfə baxılıb

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? – İnanclar, adətlər…
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 Yer üzündəki bütün millət və irqlərdə toy adətləri bir-birindən fərqlidir. Lakin  bir məsələdə fikirlər üst-üstə düşür. Belə ki, demək olar bütün ölkələrdə nişan üzüyü eyni barmağa taxılır. Xalq arasındam həmin adsız barmaq "üzük barmağı” deyə də adlandırılır. Maraqlıdır, nişan üzüyü niyə sol əlin soldan ikinci barmağına, yəni adsız barmağa taxılır?  Nişan üzüyünün və nişan barmağının mahiyyəti nədir? 

Yaşlı nəslin  sözlərinə görə,  əvvəllər xanımlar barmaqlarının beşinə də üzük taxardı. Əgər qadın yalnız  baş barmağına üzük taxırsa, deməli, o, duldur. Şəhadət barmaqda üzük "yar axtarıram” deməkdir. Uzun-orta barmağa üzük taxılırsa, bunun anlamı qadının evli olması demək idi. Adsız barmaq isə qızın nişanlı olmağına işarə idi. Çeçələ barmağa üzüyü isə hələ ərə getməyi düşünməyən qızlar taxırdı.
Adsız barmağa ona görə nişanlı olanlar üzük taxırdı ki, bu barmağın ürəklə əlaqəsi olduğunu düşünürdülər.  Həm də nişanlılar bir-birindən uzaqda olurdular və nişanlılar bu barmağın sehirli bir qüvvəyə malik olduğuna və uzaq olsalar da,ürəklərini birləşdirdiyinə inanırdılar.

Bəs üzük mərasimi qədim dünya mədəniyyətində  necə formalaşıb?

Qədim Misirdə halqa fiquruna böyük əhəmiyyət verilib. Bu işarənin mənası əbədiyyət və sonsuzluq demək idi. Fironların istifadə etdiyi bütün əşyaların, yataq örtüyünün, geyimlərin üzərində halqa işarələri var idi. Bununla fironlar özlərinin əbədi və sonsuz olaraq var olacaqlarına inanırdılar.

Bunun səbəbi kimi halqanın heç bir ucunun, sonunun olmaması qəbul edilirmiş. Bu  bir növ həyatın  dövranı, doğuluş və ölüm dövranı sayılırdı. Halqa həm də Günəşin simvolu hesab olunub. Misirlilər Günəşə Tanrının ən böyük enerji ocağı kimi ehtiram göstərirdilər. Qədim Misir heroqliflərində bu cür halqa işarələrinə çox rast gəlinir. Araşdırmaçılar hesab edir ki, nişan üzüyü və üzüyün adsız barmağa taxılması adəti də məhz misirlilərdən qaynaqlanıb.

Dövrümüzdə də nişanlı gənclərin, evli cütlüklərin sol əlinin adsız barmağını bəzəyən nişan üzüyünü Misirdə ilk dəfə şahzadə Nefertiti taxıb. Hindistanda isə bu adətin daha qədimlərdə təşəkkül tapdığı haqda məlumatlar var.

Qədim Romada insanlar "vena amoris” deyə anlayışın olmağından danışırlar. Bu sözün tərcüməsi "eşq damarı” deməkdir. Romalılar inanırdı ki, sol əlin sağdan 4-cü barmağı xüsusi bir damarla ürəyə birləşir. Amerika, Kanada, Yaponiya, Hindistan və Qərbi Avropada da bu inanc mğvcuddur.

Üzük mədəniyyəti hətta mağara dövründə də vardı. Sap və ya parçadan olan ilkin üzüklər xanımların bəzək əşyası sayılırmış və adsız barmağa taxılırmış. Adsız barmaqlardan birbaşa ürəyə fiziki və energetik bağlantı var imiş.

Xristian adətlərinə görə də sol əlin 4-cü barmağı özəl bir önəm daşıyır. Qədimdə xristian toylarında gəlinin ortadakı 3 barmağına – şəhadət, böyük (orta) və adsız (nişan) barmaqlarına üzüklər taxılırdı. Bunun mənası da ata, oğul və müqəddəs ruh demək idi. Gəlin toydan sonra digər iki barmağındakı üzükləri çıxarırdı, nişan barmağındakı üzük isə evli olduğu müddətdə barmağında qalırdı.

Bəzi Avropa ölkələrinin mədəniyyətinə görə, qadın üzüyü dördüncü barmağına toydan öncə, nişanlı dövründə taxır, amma daha sonra, yəni rəsmi olaraq evlənəndə üzüyü sağ əlinin adsız barmağına keçirir.

Hazırda da öz aktuallığını itirməyən nişan üzüyü demək olar ki, izdivacı olan bütün cütlüklərdə var. Lakin apardığımız sorğuya əsasən, nişanlı olan şəxslər, xüsusilə evləndikdən sonra üzük taxmaqdan imtina edir. Səbəblər müxtəlif olsa da, əsas fakt kimi qadınlar üzüyü itirmə qorxusunun olduğunu, kişilər isə gündəlik olaraq üzük taxmağın onlarda narahatlıq yaratdığını bildirir.

İstənilən halda üzük iki şəxsi bir- birinə bağlayan və münasibətin əsas təzahürü olan nisbi anlayışdır, bu anlayışın izdivacı olan cütlüklərdə heç zaman itməməsi gözəl olardı. (modern.az)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA