Gündəm / Siyasət / Cəmiyyət / Hadisə / Dünya

Ermənilərin növbəti təxribatı Almaniyada nələr baş verir-Video

Ermənilərin növbəti təxribatı Almaniyada nələr baş verir-Video
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarix boyu Azərbaycana düşmən olan erməni qəsbkarları hər zaman olduğu kimi bu gündə təxribat yaratmaqdan usanmır. Hər birimizə məlumdur ki, erməni xalqının tarixi-kökü yoxdur, buna baxmayaraq özlərini dövlət olaraq tanıtmaq üçün min bir hiyləyə əl ataraq, dünyanın bir çox yerlərində təxribat yaradırlar.Bu dəfə isə Almaniyanın Berlin şəhərində küçənin ortasında rəssamın yerə çəkdiyi dünya ölkələrinin bayraqlarının arasında qondarma Dağlıq Qarabağ bayrağının da yer alması həmyerlimiz tərəfindən böyük etiraza səbəb olub. Bu təxribata öz etirazını bildirən həmyerlimiz Berlin polisinə bu haqda məlumat verərək məsələnin dövlətlər arası münaqişəyə səbəb olmasını qeyd etsə də təəssüflər olsun ki, video görüntülərdə açıq şəkildə göründüyü kimi Berlin polisi məsələyə qeyri-ciddi yanaşaraq, heç bir müdaxilə etməyib. 

Dəyərli DogruXeber infromasiya agentliyinin oxucuları xatırladaq ki, hələ keçmiş tariximizə nəzər saldıqda Azərbaycanın ərazi bütövlüyünə tamah salan başqa dövlətlər torpaqlarımızın böyük əksəriyyətini almağa nail olublar. Bu gün isə hamımıza məlumdur ki, Azərbaycanın ərazi bütövlüyünə daxil olan Dağlıq Qarabağ erməni qəsbkarları tərəfindən işğal olunub. 27 ildir ki, işğal altında qalmış torpaqlarımızı bu günə qədər də geriyə qaytara bilməməyimizin səbəbi işğalçı Ermənistana böyük dövlətlərin dəstək olmasıdır.

Maraqlıdır ki, 27 il ötməsinə baxmayaraq Azərbaycan hakimiyyəti torpaqlarımızın geri qayıtması üçün hər hansı bir ciddi addım atmır. Bu cür susqunluğumuzdan sui istifadə edən erməni işğalçıları qondarma Dağlıq Qarabağ Respublikası yaratmaq iddiasında olaraq, artıq vətəndaşlarına xarici pasport vermişdir. Bu gün isə qondarma respublika altında xaricdə dövlət bayraqları arasında öz bayraqlarını tanıtdırmağa cəhd göstərirlər. Bu istəklərini qursaqlarında qoymağa çalışan həmyerlimiz maksimum dərəcədə buna mane olmağa cəhd göstərib. Video kadrlarda göründüyü kimi qəsbkar ermənilər Almaniya kimi dövlətdə də öz çirkin niyyətlərini həyata keçirmək üçün müəyyən razılıq əldə ediblər. İnformasiya agentliyi olaraq, Azərbaycan xalqının heysiyyətinə toxunan bu cür mövzuları işıqlandırmaq və diqqət mərkəzində saxlamağı özümüzə borc bildik. Ümid edirik ki, Azərbaycanın Xarici İşlər Nazirliyi və digər güc strukturları bu məsələyə biganə yanaşmaz.

DogruXeber.az