Gündəm

508 vakant yerə müsahibə elan edildi

508 vakant yerə müsahibə elan edildi
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Avqustun 2-də mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 3-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 42 dövlət orqanında 508 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir.

"Kanal14.az” xəbər verir ki, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

 

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər 2 sentyabr 2019-cu il saat 18:00-dək (30 gün müddətində) "Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər.

Əlavə məlumatı DİM-in saytından əldə edə bilərsiz.