Gündəm / Sosial

Bakıda yeni dayanacaqlar quraşdırılıb

Bakıda yeni dayanacaqlar quraşdırılıb
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
Daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla eyni zamanda mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. 


Bu barədə Kanal14.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.


Məlumata görə, ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub: "Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir. Yeni pavilyonların quraşdırılması ilə yanaşı mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir”.