Gündəm

Nənəsini öldürüb yandıran Eldara hökm oxundu

Nənəsini öldürüb yandıran Eldara hökm oxundu
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Bakıda nənəsini bıçaqlayaraq öldürüb sonra evlə birlikdə meyiti yandırmaqda təqsirləndirilən 25 yaşlı Eldar Əfəndiyevə hökm oxunub.

Kanal14.az-ın verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin hökmü ilə E.Əfəndiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, 2018-ci il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyiti aşkar edilib. Cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub./Qafqazinfo