kanal14.az
kanal14.az

Təhsilsizdə yaradıcılığın zirvəsinə qalxmaq olar- Foto

Təhsilsizdə yaradıcılığın zirvəsinə qalxmaq olar- Foto
26-07-2019, 22:23 52 dəfə baxılıb

Təhsilsizdə yaradıcılığın zirvəsinə qalxmaq olar- Foto
 
 
 
 

 
 
 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 
 
Mən Nihad Əliyev artıq qeyri-adi yaradıcılığımla tanınmış rəssamam. Rəssamlıq üzrə heç bir təhsilim yoxdur və heç bir sənətkar yanında onu öyrənməmişəm, özüm öz üzərimdə çalışaraq özümü inkişaf etdirmişəm və bir sənətkar kimi qarşıma qoyduğum məqsəd – öz üzərimdə çalışaraq, yaradıcılığımın sədasını dünyanın hər tərəfinə yayamaqla, gələcəkdə dünya-şöhrətli rəssam adına layiq görülməkdir. Mən N.Əliyev özüm ali təhsilliyəm, Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm, ixtisasım Dünya İqtisadiyyatında İnformasiya Texnologiyalarıdır. Universitetə 2003-cü ildə qəbul olmuşam, 2007-ci ildə isə müvəffəqiyyətlə bitirmişəm. İqtisadiyyat və informasiya texnologiyaları üzrə elmi biliyə malikəm. Bundan başqa dil biliyinə də sahib olmuşam, bildiyim dillər: Azərbaycan, rus, türk, ingilis, fransız, alman və isveç dilləridir. Cəmi 7 dildə danışıram. Dil bilmək, hər bir şəxs üçün gözəl nəticə əldə etmək olduğu üçün, məndə maraq oyatdı ki, poliqlot olum. İqtisadiyyat üzrə ali təhsil və dil bilgiləri əldə etmək, mənim dünya görüşümü daha da genişləndirdi. Əlavə maraqlarım və bacarıqlarım: musiqi, idman (şahmat, atletika, döyüş növü), məqalə yazmaq, maraqlı məlumatlar əldə etmək. Bir sözlə, olduqca çox şadam ki, özümü hərtərəfli inkişaf etdirmişəm. Baxmayaraq ki, ali təhsilim iqtisadiyyat üzrədir, 7 dil bilgisinə malikəm və qeyd etdiyim kimi, həmçinin digər üstünlüklər əldə etmişəm, onu qeyd etmək istəyirəm ki, həyatımı rəssamlığa bağlamışam. Rəssamın hərtərəfli inkişaf etmiş olması, onun həyatında böyük rol oynayır və biri-birindən gözəl, biri-birindən maraqlı rəsm əsərləri çəkməsiylə, onu karyera yüksəlişinə doğru ucaldır.
Rəssamlıqda daha çox portretlər, kompozisiya əsasında portretlər və tarixi mövzulara aid rəsm əsərləri çəkməyi olduqca çox xoşlayıram. Tarixi şəxsiyyətlərin portretlərini və tarixi mövzulara aid rəsm əsərləri çəkməyi üstün tutmağımın məqsədi budur ki, bu günkü və gələcək nəsil həmin tarixi şəxsiyyətləri, onların həyatı və yaradıcılığı haqqında bilməlidirlər və tarixi faktlar haqqında məlumata malik olmalıdırlar. Allahıma sonsuz şükürlər olsun ki, mən özümü hərtərəfli inkişaf etdirmiş rəssamam. Ən böyük arzularımdan biri, xarici ölkələrdə keçirilən sərgi və müsabiqələrdə iştirak etməklə Azərbaycanı təmsil etməkdir. Mənə xarici ölkələrdə keçirilən sərgi və müsabiqələrdə iştirak etmək üçün dəvətlər gəlir, amma təəsüflər olsun ki, heç bir maddi dəstəyimin olmaması üçün həmin sərgilərdə və müsabiqələrdə iştirak etməyim mümkünsüzdür. Bir azərbaycanlı kimi, mən olduqca çox istəyirəm ki, mənə maddi dəstək verilsin və xarici ölkələrdə keçirilən sərgi və müsabiqələrdə iştirak edim, Azərbaycanımızı təmsil edim,
həmin sərgidə və ya müsabiqədə əldə etdiyim uğurlarımla bütün dünyada qürur duyulsun./DogruXeber.az
Təhsilsizdə yaradıcılığın zirvəsinə qalxmaq olar- Foto
Təhsilsizdə yaradıcılığın zirvəsinə qalxmaq olar- Foto
Təhsilsizdə yaradıcılığın zirvəsinə qalxmaq olar- Foto






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA