Gündəm / Hadisə

Xəzərdə itkin düşən pilot tanınmış şəxsin kürəkəni çıxdı - Foto

Xəzərdə itkin düşən pilot tanınmış şəxsin kürəkəni çıxdı - Foto
 
 
 
 
 

 
 
 
 
 
 

 
 
 

Xəzər dənizində itkin düşən Hərbi Hava qüvvələrinə məxsus "Miq-29" təyyarəsinin itkin düşən pilotu tanınmış politoloq Qabil Hüseynlinin kürəkəni imiş.

"Kanal14.az" bildirir ki, bu barədə "Ölkə.Az"-a Q.Hüseynli özü məlumat verib. MiQ-29 hərbi təyyarəni idarə edən pilot polkovnik-leytenant Rəşad Atakişiyev olub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hadisə ötən gecə baş verib. Qeyd edilir ki, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.