Gündəm / Siyasət

“Əkinçi” qəzeti niyə bağlandı? – Deputatdan ŞOK İDDİA

“Əkinçi” qəzeti niyə bağlandı? – Deputatdan ŞOK İDDİA
 
 
 
 
 

 
 
 
 
 

 
 

"İrançı zehniyyətə, fars dini ənənəsinə qarşı çıxan böyük milli aydınımız Həsən bəy Zərdabiyə fars-səfəvi mədəniyyətinin təsiri altında olan Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti nifrət edirdi. "Əkinçi” həm də ona görə yaşaya bilmədi ki, o, xalqın ənənəvi identikliyinə qarşı çıxırdı və böyük hücumlara məruz qalırdı”.

Bunu deputat Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, 1875-ci il iyulun 22-də çıxan "Əkinçi”nin öz əkdiyi məhsulu yığmadan 1877-ci ildə bağlanmasının da əsas səbəbi burada yatırdı:

"Hətta fars-səfəvi düşüncə mirasına bağlılığı olan böyük mütəfəkkirimiz Əhməd bəy Ağaoğlu belə Parisdə oxuduğu zaman özünün "Persiya cəmiyyəti” məqaləsində Həsən bəy Zərdabini yeni türk ədəbi dilini təşviq etməklə xalqımızı ənənəvi dəyərlərinə real təhlükə yaratmaqda ittiham edirdi. O zaman Əhməd bəy Ağaoğlu fars-səfəvi düşüncə mirasının Paris və Londonda elmi təbliğini aparırdı. Sonradan Əhməd bəy məhz bu düşüncənin Azərbaycan xalqının taleyində yaratdığı fəlakəti, qaranlığı, gerizəkalılığı anlayaraq Həsən bəylə eyni hədəfə doğru yürüdü və böyük bir milli miras buraxıb getdi.

Bu gün də kulislərdə, sosial şəbəkədə fars-səfəvi düşüncəsinin odlu müdafiəçiləri olanlar hər nə qədər uca səslə bizim Mirzə Fətəli, Seyyid Əzim, Həsən bəy Zərdabi, Əhməd Bəy Ağaoğlu, Sabir, Mirzə Cəlil, Məhəmməd Əmin bəy, Əlimərdan bəy deyibən bağırsalar da, hamısı ucdantutma onların düşüncə mirasına səmimiyyətsizlik edənlərdir. Onların varislərisinizsə, onların qanları, canları bahasına sağaltmaq istədiyi bu xəstəliyi siz necə həvəslə vücudunuzda, zehninizdə yaşada bilərsiniz? Əgər 21-ci əsrdə olan bir azərbaycanlının əqli inkişafı 18-ci əsrin böyük dühası və modern universitet təhsili olmayan Nadir şahın sağlam düşüncəsinin cüzi bir hissəsinə yetişmirsə, torpaq itkisi ilə yanaşı daha irəlidə düşüncə geriliyimzin də davamı gələcək”. (teleqraf.com)