Gündəm

Emin Ağalarov onu satın aldı

Emin Ağalarov onu satın aldıAzərbaycanın Xalq artisti, "Crocus Group”un vitse-prezidenti Emin Ağalarov "OK!” jurnalını alıb.

"DogruXeber.az” xəbər verir ki, bu haqda xəbərə müğənni özü verib. Qeyd edib ki, yaxın günlərdə bu rəsmi olaraq təsdiq olunacaq. 

Ağalarov bildirib ki, "AS Rus Media” ona jurnalı "OK!” əmtəə nişanı, nəşrin saytı və komandası ilə birlikdə verəcək. Vadim Vernik "OK!” jurnalının baş redaktoru olaraq qalacaq, nəşrin redaksiya siyasəti dəyişməyəcək.

Xatırladaq ki, "OK!” brendinin sahibi hazırda Britaniyanın "Reach” media qrupudur./Yenisabah