Gündəm / Cəmiyyət

Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq konfrans olacaq

Sentyabrın 13-dən 16-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq keçiriləcək konfrans Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr edilib.