Gündəm

"Range Rover"lə Biləsuvarda qəzaya düşən "Hacı Mazan" Bakıya gətirilir


Bu gün səhər saatlarında Biləsuvar rayonu ərazisində qəzaya düşmüş Hacı Mazan kimi tanınan iş adamı Ramazan Hüseyn oğlu Zeynalov paytaxt xəstəxanalarının birinə köçürülür.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna bildiriblər ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə-beyin travması diaqnozu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İş adamının  yaxınları onun Bakıdakı xəstəxanaların birinə köçürülməsini istəyib və o, hazırda paytaxtda gətirilir.

Qəza Bakı -Astara yolunun 86-cı kilometrliyində baş verib. 1990-cı il təvəllüdlü Fətəliyev Seyran Kərim oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili 1987-ci il təvüllüdlü  Rəşad Ramiz oğlu Kərimovun idarə etdiyi "Range Rover”lə toqquşub. "Range Rover”də olan Hacı Mazan da xəsarət alıb.

*   *   *

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin "Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.