Gündəm / Cəmiyyət / Hadisə

Yasamal rayonunda oğurluq hadisəsi baş verib....

Yasamal rayonunda oğurluq hadisəsi baş verib....





Bu gün Yasamal rayonu yeni Yasamal 2 ərazisində oğurluq hadisəsi baş verib. DogruXeber.az informasiya agentliyinin redaksiyasına daxıl olan məlumatda bildirilir ki,yeni Yasamal 2 10-cu bina sakini Əsgərov Ulduz Talıb oğluna məxsus vaz 2107 markalı 10 SL 221 dövlət qeydiyat nişanlı avtomobilin akmilyatoru oğurlanıb.

Zərər çəkən şəxsin bildirdiyinə görə, günorta saat təxminən 12 radələrində yaşadığı 10 nömrəli binanın həyətində avtomobilini saxlayıb evinə gedib. Bir neçə saatdan sonra qayıdıb gəldikdə avtomobilinin akmilyatorunun oğulandığının şahidi olub. Dərhal DİN-nin 102 qaynarxətt çağrı mərkəzinə, hadisə barədə məlumat verdiyini bildirib. 

Avtomobil sahibi Ə.Ulduz bildirir ki,bir xeyli vaxt keçməsinə baxmayaraq sonunda ərazi üzrə sahə müvəkkili gəlib,baş vermiş hadisəni qeydə almışdır. Yerli sakinlərin bildirdiyinə görə həmin ərazidə bir neçə dəfə bu cü oğuluq hadisələri baş vermişdir.

Düşünürük ki,gün-günorta vaxtı oğurluq edən şəxs və ya səxslər,sahə müvəkkilinin əraziyə diqqətsiz olduğunu bildikləri üçün fürsəti əldən vermirlər. Növbəti buraxlışımızda Yasamal rayon yenin Yasamal ərazisində daha nələrin baş verdiyi barədə ilginc məlumatlar verəcəyik.