Gündəm / Cəmiyyət / Hadisə

İsmayıllıda yanan şəxs dünyasını dəyişdi-hadisənin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto

İsmayıllıda yanan şəxs dünyasını dəyişdi-hadisənin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto





Bir neçə gün öncə İsmayıllı rayonunda baş vermiş dəhşətli yanma hadisəsi barədə məlumat vermişdik. Belə ki,rayonun Qalınçaq kənd sakini, 2 uşaq atası Rəcəbalıyev Ramil Nazim oğlu qaynatasının həyətində müəmmalı şəkildə yanmışdır. 

Yaxınlarının DogruXeber.az-a bildirdiyi məlumata görə,R.Ramil Nazim oğlu işdən evə qayıdarkən,həyat yoldaşının telefonla başqa oğlanla danışdığının şahidi olub. Bundan sonra ailədə böyük narazılıq yaranıb və səhəri gün işə gedən R.Ramil işdən evə qayıtdıqda qapılarının bağlı olduğunu görüb. 

Yaxınlıqda yaşayan əmisi arvadından, ailəsinin harda olduğunu soruşub. Əmisi arvadı bildirib ki, həyat yoldaşın əşyaların toplayıb atası gilə getdi. Məlumatda bildirilir ki, R.Ramil həmin vaxt qaynatası Ağasəf gilə gedib evin açarların almaq istədikdə, ailənin şiddətinə məruz qalıb. Həyat yoldaşının ailə üzvüləri tərəfindən döyülən R.Ramil güclə canını qurtararaq, polis şöbəsinə gedib. Şöbədə aparılan araşdırmadan bir neçə gün sonra məlum hadisə baş verib.

Xəbər verdiyimiz kimi, İyun ayının 1-ri uşaqlar günü R.Ramil övladlarını görmək üçün yenidən qaynatası gilə gedib. Uşaqlarını görmək istədiyini bildirən ata növbəti dəfədə ailə tərəfindən şiddətə məruz qalıb. Yaranan mübahisə faciə ilə sonlanıb. Hadisədə ağır yanıq xəsarəti alan R.Ramil kim tərəfindən yanması müəmmalı olaraq qalırdı.

Qeyd edək ki, hadisə zamanı ağır yanıq xəsarəti alan R.Ramili əvvəlcə İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdiriblər. Sonradan xəstənin vəziyyəti ağır olduğu üçün təcili Bakı şəhərində 5 nömrəli xəstəxananın yanıq şöbəsinə gətiriblər. Bir neçə gün müalicə alan xəstənin vəziyyəti qənayət bəxş olmadığı üçün, valideyinləri öz evlərinə aparmağa qərar veriblər. 10.06.2019_cu ilin axşam saatlarında xəstə Rəcəbalıyev Ramil Nazim oğlu dünyasını dəyişib. Mərhumun ailəsinin iddiasına görə Ramilin ölümünə səbəb,oğlünün həyat yoldaşı Səbinənin ailəsi və yaxınlarıdır.

Bir neçə gün öncə DogruXeber.az-ın redaksiyasına daxil olalan video kadırda komadan ayılan xəstə, hadisənin necə baş verdiyini danışıb.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq:


İsmayıllıda yanan şəxs dünyasını dəyişdi-hadisənin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto
İsmayıllıda yanan şəxs dünyasını dəyişdi-hadisənin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto
İsmayıllıda yanan şəxs dünyasını dəyişdi-hadisənin qaranlıq tərəfləri üzə çıxdı-Video/Foto