Gündəm / Dünya

Yəmən husiləri Səudiyyə Ərəbistanında aeroporta dronlarla hücum etdi

Səudiyyə Ərəbistanında hava limanı pilostuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Bu barədə "Al-Masirah” telekanalının Twitter səhifəsində məlumat yayılıb.

Bildirilir ki, hücumu "Ansar Allah” hərəkatından olan Yəmən husiləri təşkil edib.

Səudiyyə Ərəbistanı hökuməti hələlik Cizan aeroportuna hücumla bağlı məlumatı təsdiqləməyib.

Xatırladaq ki, sonuncu dəfə husilərin PUA-ları Səudiyyə Ərəbistanındakı hava limanına mayın 26-da hücum etmişdi.