Gündəm / Cəmiyyət / Hadisə

Qaçqın şəhərciyində kütləvi dava -xəsarət alan var

Qaçqın şəhərciyində kütləvi dava -xəsarət alan var





Dünən Qaradağ rayonu Müşviqabad qəsəbəsi qaçqın şəhərciyində kütləvi dava baş verib. "Kanal14.az” xəbər verir ki,hadisə təxminən 15:30 radələrində olub. Hadişə şahidlərinin bildirdiyinə görə iki nəfərin mübahisəsi böyük davaya çevrilib. Dava edən şəxslərdən birinin yüngül xəsarət aldığını da bildiriblər. Məsələnin maraqlı tərəfi burasındadır ki,hadisəni görən şəxslərin sözlərinə görə,dava olan zaman Qaradağ rayon 10-cu polis bölməsinin əməliyyatçılarıda hadisə yerində olublar. Amma nədənsə hadisiyə hər hansı bir qanuni tədbir görməyiblər. Sonunda hadisə yerinə gələn polislər dava edən şəxsləri bölməyə aparıblar.