Gündəm

Bir neçə mədəniyyət xadimi “Tərəqqi” medalı ilə təltif olundu

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bir neçə mədəniyyət xadimi "Tərəqqi” medalı ilə təltif olunub.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:

Bulanova Oksana İqorevna

Əhmədov Ənvər Misir oğlu

Qəniyev Maarif Soltan oğlu

Mustafayev Sabir Məmməd oğlu

Salayev İltifat Saleh oğlu

Talıbzadə Alina Dmitriyevna”.