Gündəm / Dünya

“ABŞ-ı peşman edəcəyik” — Həsən Ruhani















İran prezidenti Həsən Ruhani Tehranda keçirilən bir tədbirdə çıxış edib.
Ruhani çıxışında "İran xalqını hədəf alan ABŞ-ı peşman edəcəyik” deyib.

"İraq müharibəsində hərbi təzyiq və hücumlarla torpaqlarımız işğal edildi. Bu gün isə iqtisadi savaşla xalqın dolanışığı və sakit həyat tərzi hədəf alınıb. Amma İran düşməni iqtisadi müharibəsində peşman edəcək. Torpaqlarımız bombalansa, şəhid, qazi və əsir versək də, müstəqillik hədəfindən vaz keçməyəcəyik”, - deyə İran prezidenti bildirib.

Ruhani ABŞ-ın bir ildən çoxdur davam edən ağır sanksiyalarına xalqının boyun əymədiyini vurğulayıb:
"İran xalqı təslim olmayacaq. Xalqımıza çox açıq şəkildə deyirəm: Bu gün dik durmaq və mübarizə aparmaq günüdür. Ancaq bu yolla ABŞ, İsrail və regiondakı digər qüvvələri məğlub edə bilərik”.