Gündəm

Bahar Muradova: “Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”

Bahar Muradova:













Azərbaycan cəmiyyəti, hər bir kəs müstəqil Azərbaycan dövləti qurmaq üçün canlarından belə keçməyə hazır olmuş insanları, Cümhuriyyət qurucularını ehtiramla yad etməliyik.
Bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə "Azərbaycanda parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda çıxış edən Milli Məcisin sədr müavini Bahar Muradova bildirib. 
Onun sözlərinə görə,, Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər: "Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Azərbaycana parlament mədəniyyəti, ənənələri kənardan gətirilməyib”.