Gündəm / Siyasət

Qarabağ separatçıları Rusiya ilə əlaqədən şikayətləndi

ABŞ-ın 9 ştatı Dağlıq Qarabağın "müstəqilliyini” tanıyır.

Kanal14.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ separatçılarının "xarici işlər naziri” Masis Mailyan deyib. O, qondaram rejimi hər il amerikalı konqresmenlərin ziyarət etdiyini bildirib. Bununla belə Mailyan rusiyalı deputatların Xankəndiyə gəlməyi dayandırmalarından təəssüfləndiyini deyib:

"Qarabağa Rusiya deputatlarının son səfəri 2012-ci ildə baş tutub. Münasibətlərimizin inkişafı üçün potensial var və bunu qardaşlaşmış şəhərlər xətti ilə də etmək olar. Məsələn, Fransanın 12 şəhəri ilə Dağlıq Qarabağ şəhərləri arasında qardaşlıq münasibətləri olduğu halda Rusiyanın heç bir şəhəri ilə belə münasibət yoxdur”, – deyə o bildirib.

O, iyun ayında qondarma rejimin Ukrayna ərazisində yaradılan qondarma Donetsk və Luqansk ilə əlaqələrin bərpası üçün ilk addımı atacağını deyib. Mailyan hər iki qondarma rejimin iyundan Xankəndidə baş tutacaq tanınmamış respublikaların CONİFA futbol turnirində iştirak edəcəyini bildirib.axar.az