Gündəm / Cəmiyyət / Foto

Azərbaycan Aqrar Universitetinin rektoru İbrahim Cəfərovla bağlı ilginc iddia... - Belə deyirlər...

Azərbaycan Aqrar Universitetinin rektoru İbrahim Cəfərovla bağlı ilginc iddia... - Belə deyirlər...

Əziz dostlar, ali məktəbdə çalışıram, siyasət adamı deyiləm, lakin mən bu ölkənin vətəndaşıyam, ölkəmdə baş verən işlərə bir vətəndaş kimi münasibət göstərməyə mənəvi haqqım var. Son zamanlar Əli Insanov deyilən bir şəxs uzun illik türmə həyatından sonra ağlına gələn müsahibələr verir, yeni partiya yaranmasından, milli şura deyilən uğursuz bir qurumla gələcək əlaqələrindən danışır və s. Uzun illərdən bəri kütləvi informasiya kanalları ilə aldığım məlumatlar bu insan haqqında müsbət heç nə demir. Bəla burasındadır ki, nazir portfeli daşıyarkən hər tərəfdən , müxalifətin bütün qanadları tərəfindən tənqidə və təhqirə məruz qalan Əli Insanov bu gün elə həmin qüvvələr tərəfindən də alqışlanır, dəstəklənir. Çox uzatmaq istəmirəm, Heydər Əliyevin verdiyi çörək onun burnundan gəlsin, haranı olsun. Yüz Əli İnsanovlar, Əli Kərimovlar və digərləri mənim Prezidentinin kəsilib atılan dırnağı ola bilməzlər. Yazıqlar olsun…

Kanal14.az aktualinfo.org-a istinadla bildirir ki, yuxarıda gətirdiyimiz bu sitat Azərbaycan Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun "Facebook” səhifəsindən götürülüb.Siyasət adamı olmadığını qeyd edən İbrahim müəllimin bir ölkə vətəndaşı kimi sabiq Səhiyyə naziri Əlıi İnsanovun barəsində bu fikirləri söyləməyə birdən -birə cəsarəti haradan aldı? Məlum olduğu kimi Əli İnsanov artıq iki aya yaxındır ki, azadlığa buraxılıb. Niyə İbrahim Cəfərov onda deyil, bu vətəndaşlıq borcunu məhz indi yerinə yetirməli oldu? Ötən həftə Kənd Təsərrüfatı naziri İnam Kərimov sabiq nazırlə bağlı açıqlaması artıq hamıya məlumdur. Nazirin sözügedən açıqlamasından sonra İbrahim Cəfərovun bu addımı başa düşüləndı. Öz nazırinə yarınmaq istəydir bu,vətəndaşlıq borcu deyil.

İkinci tərəfdən biz Əli İnsanova bununla haqq qazandırmaq istəmirik.Elə yazının Ulu Öndər Heydər Əliyevin anım gününə təsadüf etməsi lap yerinə düşür. Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu gün oldu-olmadı hamı ona olan sədaqətindən danışır. Bu gün hamı Ulu Öndərin siyasətini layiqincə davam etdirən İlham Əliyevin ətrafında sıx birləşməsindən, ona olan etibarından, sədaqətindən bəhs edir. Lakin bunu deyənlər öz keçmişlərini yaddan çıxarsalar da, xalqın yaddaşında qalan çox gizli olaylar hələ də qalmaqdadadır.

Maraqlıdır görəsən 2005 ci ildə Əli İnsanov Rəsul Quliyevlə həmrəy olub dövlət çevrilişi hazırlayarkən İbrahim Cəfərov hansı cəbhədə olub? Məlumatlı mənbənin sözlərinə görə həmin dövrdə Gəncədə, Aqrar Universitetdə, kecmiş Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında torpaqşünaslıq fakültəsində dekan işləyən İbrahim Cəfərov məhz Rəsul Quliyevin ən yaxın adamlarından biri kimi tanınıb. Məlumatlı şəxslərin sözlərinə görə, İbrahim Cəfərovun həmin dövrdəki mövqeyi ilə, indiki çıxışları arasında çox böyük təzadlar var.

Mövzuya bəzi dəqiqləşdirmələr apardıqdan sonra bir daha qayıdacağıq və əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.