Gündəm / Cəmiyyət

Vahid Əhmədovdan Quba sakinlərinə — ŞAD XƏBƏR

Vahid Əhmədovdan Quba sakinlərinə — ŞAD XƏBƏR
Çox yaxın vaxtda Quba-Qonaqkənd-Şamaxı yolunun bir hissəsi istifadəyə veriləcək.
Bunu açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında yenidən qurulan Quba-Qonaqkənd-Şamaxı avtomobil yolunun tikintisi davam etdirilir:

"Mən bu günlərdə Qubada olarkən həmin yolda aparılan tikinti işləri ilə tanış oldum. Bu istiqamətdə çox böyük işlər görülür. Yerli əhali də yolun tikintisi ilə bağlı cənab Prezidentə minnətdar olduqlarını bildiriblər. Çox qısa zamanda yolun Qonaqkənəd olan hissəsi istifadəyə veriləcək. Yolun bu hissəsi artıq hazır vəziyyətdədir”.
Deputat eyni zamanda Quba-Qonaqkənd-Şamaxı yolunun tikintisi yaxın gələckdə başa çatacağına ümidvar olduğunu da bildirib.

"Yolun Şamaxı istiqamətində tikintisi davam etdirilir. Bu yol tikilib başa çatdıqdan sonra Qubadan daha az vaxt və məsafə sərf etməklə Şamaxıya, oradan Qərb və digər istiqamətlərə, həmçinin əksinə gedib-gəlmək mümkün olacaq. Bu yolun istifadəyə verilməsi eyni zamanda həmin ərazidə yaşayan insanların yaşam tərzinə və turizmin inkişafına öz töhfəsini vermiş olacaq. Hazırda Quba və şimal bölgənin digər rayonlarından, o cümlədən Rusiyadan gələnlər Şamaxı və bu istiqamətə getmək üçün çox uzun yol qət etməklə Abşerona və Bakıya gedib, oradan yenidən Şamaxıya gəlməli olurlar. Yol istifadəyə verilərsə həm məsafə qısalacaq, həm də insanlar çox qısa zaman ərzində istədikləri ünvana yetişəcəklər”, - deyə V.Əhmədov bildirib