Gündəm / Cəmiyyət / Səhiyyə

Həkimlərin qurbanı olan xəstə ağır druma düşdü/FOTO-VİDEO

Həkimlərin qurbanı olan xəstə ağır druma düşdü/FOTO-VİDEO


















 
 
 
 


Azərbaycanda səhiyyə sistemi can üstə olan insana bənzəyir. Hər gün xəstəxanalardan eşitdiyimiz qanunsuz pul tələb olunması, səhv əməliyyat edilməsi və ölüm xəbərləri kimi hadisələr, demək olar ki, adi bir hala cevrilib. Son günlər özəl klinikalarda həkim səhlənkarlığından ağır duruma düşənlər və ölənlərin sayı heç də az deyil. Təcrübəsiz həkimlərin qurbanı olan xəstələr, düşdükləri ağır vəziyyətdən çıxmaq üçün qonşu ölkələrə üz tuturlar. 

Bu gün sizlərin diqqətinə çatdıracağımız xəbər, məhz həmin qurbanlardan biri Hüseynov Pənah Hüseyn oğludur. Belə ki, bir neçə dəfə mətbuatda gündəmə gələn P. Hüseynov bildirib ki, 11 aydır dövlət orqanlarının qapısında sürünürəm. Mərkəzi klinikanın həkimi Niyamətdin həkim və Medi Style klinikasının həkimi Qardaşxan həkim sözün əsl mənasında başıma oyun açıblar. 11000 manat pulumu aldılar və əməliyyatımı da səhv etdilər. 

Bu sözləri deyən Beyləqan rayon Əhmədbəyli kənd sakini P. Hüseynov sözünə əlavə olaraq onu da qeyd edib ki, sözü gedən məsələylə bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Üzərindən bir il ötməsinə baxmayaraq heç bir nəticə yoxdur. 

Bir neçə gün öncə DogruXeber.az informasiya agentliyinin redaksiyasına Beyləqan rayon sakini Pənah Hüseynovun yaxınlarından məlumat daxil olmuşdur. Məlumatda bildirilir ki, günlərdir əsəb və gərginlikdən rahatlıq tapmayan P. Hüseynov anidən səhhəti pisləşib və huşunu itirərək yerə yıxılıb. Dərhal təcili tibbi yardım xidmətinə zəng vurub xəstəni Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdiriblər. 25.04.2019-cu il tarixdən bu günə qədər xəstəxanada həkimlərin nəzarəti altında olan P. Hüseynov əvvəlkinə baxanda bu gün özünü az da olsa normal hiss etdiyini bildirirlər. 

Xəstənin yaxınlarında aldığımız məlumata görə o, düşünürdü ki, Beyləqan rayon millət vəkili Çingiz Qənizadəyə müraciət etdikdən sonra ona hər hası bir köməklik olunacaq. Amma təəssüflər olsun ki, heç bir köməklik olunmadı. 

Ağır vəziyyətdə olan ailə çarəsiz durumda qalaraq redaksiyamız vasitəsi ilə ölkə Prezidenti cənab İlham Əliyevdən və 1-ci vitse Prezident Mehriban xanım Əliyevadan kömək diləyirlər. 


Həkimlərin qurbanı olan xəstə ağır druma düşdü/FOTO-VİDEO
Həkimlərin qurbanı olan xəstə ağır druma düşdü/FOTO-VİDEO
Həkimlərin qurbanı olan xəstə ağır druma düşdü/FOTO-VİDEO
Həkimlərin qurbanı olan xəstə ağır druma düşdü/FOTO-VİDEO