Gündəm / Cəmiyyət

Vidadi Əliyevdən Abutalıbovun ittihamlarına CAVAB - FOTO

Vidadi Əliyevdən Abutalıbovun ittihamlarınaCAVAB - FOTO


Xəbər verdiyimiz kimi, baş nazirin müavini Hacıbala Abutalıbov sabiq Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini Vidadi Əliyevi onunla bağlı mətbuata yalan məlumat ötürməkdə ittiham edib. 

Məsələ ilə bağlı Unikal.org-a sabiq Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini Vidadi Əliyev açıqlama verib. Əliyev Hacıbala Abutalıbovun onunla bağlı ittihamlarını  əsassız sayıb:

"Hörmətli professor, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Hacıbala Abutalıbov hesab edir ki, onunla bağlı məlumatları mətbuata mən ötürmüşəm!. Cavab olaraq deyirəm ki, bu belə deyil. Hacıbala Abutalıbov haqqımda yanlış düşünür. Onun mənimlə bağlı açıqlaması nə mənəviyyatıma, nə də  əqidəmə uyğundur. Çünki mən onu hər zaman rəhbərim kimi, bu gün də respublikada mühüm postaların birində işlədiyi üçün şəxsiyyətinə hörmət edirəm. Bütün bunlara baxmayaraq o, haqqımda səhv düşünür.  Guya, mən onun barəsində hansısa "məlumatlar” yaymışam. İmzam olmayan yerdə heç kimin haqqında danışmaram. Lazım olsa, hörmətli Hacıbala Abutalıbovla sivil qaydada, heç bir düşmənçilik olmadan,  münasibətlərə xələl gətirmədən  danışa bilərik”.

Vidadi Əliyev baş nazirin müavini haqqında məhkumluq  ifadəsini işlətməsinə də münasibət bildirib:

"Abutalıbov  məni yararsız insan adlandırdığına görə çox təəssüf edirəm. Qeyd edim ki, Abutalıbovun müvafiq sərəncamı ilə məni Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sədr müavini təyin edib. Hətta məni 2017-ci ilin may ayının 25-də 55 yaşım tamam olması münasibətilə Fəxri Fərmanla mükafatlandırıb. İclasda mənimlə bağlı xoş ifadələr səsləndirib. Digər tərəfdən onu da deyim ki, "Tərəqqi” medalı almağım üçün Hacıbala Abutalıbov müraciət etmişdi. Əgər mən doğurdan da "yarasız" adam  idimsə, Hacıbala Abutalıbov  bunları niyə edirdi? Yəqin ki, üzərimdə hər hansı məhkumluq  olsaydı hörmətli cənab Abutalıbov məni o vəzifəyə təyin etməz, o adlar, mükafatlar verilməzdi. Məhz, Hacıbala Abutalıbov məni təhdid etdiyinə görə, tutduğum vəzifədən də istefa vermişəm”. 

Orxan Həsənli


 
 
  • Vidadi Əliyevdən Abutalıbovun ittihamlarınaCAVAB - FOTO
  • Vidadi Əliyevdən Abutalıbovun ittihamlarınaCAVAB - FOTO
    Vidadi Əliyevdən Abutalıbovun ittihamlarına CAVAB - FOTO
    Vidadi Əliyevdən Abutalıbovun ittihamlarına CAVAB - FOTO