kanal14.az
kanal14.az

Səidənin cəsurluğu, yoxsa müğənnilərin qorxaqlığı: Onlar niyə susdu?

Səidənin cəsurluğu, yoxsa müğənnilərin qorxaqlığı: Onlar niyə susdu?
30-04-2019, 13:20 254 dəfə baxılıb

Səidənin cəsurluğu, yoxsa müğənnilərin qorxaqlığı: Onlar niyə susdu?
Son günlər şou-biznesin məşhur simaları şəxsi həyatları, sirləri və hamıdan gizlətdikləri özəlləri ilə gündəmdən düşmürlər. Əvvəllər bir-birinin sirlərini aləmlə bir edən məşhurları bu dəfə öz qohum-əqrəbaları və ya cavanlıq səhvləri qarabaqara izləyir, gizlinlərini el ilə bir edir.

Bir müddət öncə rəqqasə Oksana Rəsulovanın bibisi Xoşqədəm Hidayətqızının verilişinə çıxaraq mülk problemi ilə bağlı kömək istədi. Amma nədənsə 2 gün efirə çıxarılan qadının demək olar ki, ancaq qohumluq əlaqəsi barədə danışıldı. Rəqqasənin bibisi bildirdi ki, 24 ildir Oksana ilə əlaqəsi yoxdur. Amma bu verilişə çıxandan sonra Oksana ona zəng edərək efirdə onu tanımadığını deməsini tapşırıb.

Müğənni Damlanın olduğu iddia edilən intim video da uzun müddət müzakirə edildi. Lakin Damla sosial şəbəkədə yayılan görüntülərin ona aid olmadığını dedi, şou əhli isə Damlaya dəstəyini və "dəstəyini” əsirgəmədi.

Daha sonra hədəfə Aysel Əlizadə alındı. Turanə Nəcəfova adlı qadın "Səni axtarıram” verilişində müğənninin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtdığını iddia etdi. Təbii ki, Aysel ittihamları qəbul etmədi və məhkəməyə müraciət etdiyini açıqladı.

Həmin ərəfədə aparıcı Xoşqədəm Hidayətqızı məşhur rəqqasənin də ailə dağıtması barədə məlumat verdi. Lakin həmin şəxsin kimliyini açıqlamadı.

Səidənin cəsurluğu, yoxsa müğənnilərin qorxaqlığı: Onlar niyə susdu?





Sosial şəbəkələrin qurbanı bu dəfə xalq artisti Nazpəri Dostəliyeva oldu. Onun qardaşı Ağaların qızı Pərvanə Dostəliyeva video-müraciət yayaraq atasının onu zorladığını, xalq artistinin isə ona zülm etdiyini, sənət karyerasına son qoyduğunu bildirdi.

Müğənni Sevda Yahyayevanı isə ögey atası olduğunu iddia edən 77 yaşlı kişi gündəmə gətirdi. O "Səni axtarıram” verilişində müğənninin ögey atası olduğunu və müğənni ilə anasına 15 il baxdığını iddia etdi. Hətta bildirdi ki, Sevda anasını, yəni onun həyat yoldaşını evində qulluqçu kimi işlədir.

Səidənin cəsurluğu, yoxsa müğənnilərin qorxaqlığı: Onlar niyə susdu?





Bütün bu baş verənlərə etiraz edən məşhurlar çox oldu. Oldu da onlar etirazlarını sosial şəbəkədə bildirməklə kifayətləndi . X. Hidayətqızı efir vasitəsilə məşhurlara müraciət etdi və onları verilişə dəvət edərək, söz haqqı vermək istədiyini dedi. Dedi də, efirə çıxan daim səmimi açıqlamalarla diqqət çəkən müğənni Səidə Sultan oldu. İllər öncə efirdə nənəsinin onun haqqında şok faktlar açıqladığı ifaçı məşhurların həyatının açılıb-saçılmasından narahat olduğunu, onların biabır edilməsinə göz yuma bilmədiyini dedi. O hətta, nənəsinə görə özünü öldürmək istədiyini də dilə gətirdi. Səidənin gərgin və əsəbi hərəkətləri diqqət çəkdi.

Səidənin cəsurluğu, yoxsa müğənnilərin qorxaqlığı: Onlar niyə susdu?






Bütün bunlar bir yana, türklər demişkən "aklımda deli sorular" var. Səidə efirdə niyə tək qaldı? Hanı həyatlarının gündəmə gətirilməsinə etiraz edən məşhurlar? Onlar niyə birlik nümayiş etdirmədilər və etiraz etdikləri məsələdə səmimi olmadılar. Yoxsa onlara bu cür gündəm sərf edir? Sosial şəbəkədə bar-bar bağıranların səsi efirdən niyə gəlmədi?

Belə çıxır ki, bütün bunlar yalnız Səidə Sultanı narahat edir? Yoxsa o çox cəsurdur, digərləri qorxaq?

Könül İbrahim,
Musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA