Gündəm / İqtisadiyyat

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 25-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 466 266 000,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000 AZN olub.

Notlar avqustun 22-də ödəniləcək.