S-400-lər alınsa, FETÖ...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda amerikalı həmkarı Donald Trampla görüşəcəyini açıqlamasından sonra diqqətlər görüşdə müzakirə edilə biləcək məsələlərə istiqamətlənib.


Kanal14.az xəbər verir ki, iyun ayında Yaponiyada təşkil ediləcək G20 Liderlər Zirvəsi və dekabrda Londonda baş tutacaq NATO Liderləri Zirvəsində bir araya gəlməsi gözlənilən iki liderin bundan öncə təkbətək görüşü planlaşdırılır.

Görüşün tarixi dəqiqləşdirilməsə də, müzakirə olunacaq məsələlərin siyahısı hazırlanır.

Öncəliklə, Suriyanın şimal-şərqində qurulması planlaşdırılan təhlükəsiz bölgənin müzakirəsi, bununla yanaşı, Münbiç və Fərat çayının şərqində yerləşən PYD/YPG terror təşkilatının vəziyyəti gündəmdədir. Ankaranın bu məsələdə əsas tələbləri YPG/PYD-yə verilən silahların geri qaytarılması, terror təşkilatının Münbiçi tərk edərək bölgənin gerçək sahiblərinə geri verilməsidir.

İkinci gündəm məsələ isə Rusiya istehsalı S-400 zenit raket kompleksinin Türkiyəyə tədarüküdür. ABŞ açıq şəkildə Türkiyəyə "S-400-ləri almaqdan vaz keç” mesajını verəndə iqtisadi sanksiyalarla yanaşı, F-35 qırıcılarının istehsalı proqramından çıxarmaqla təhdid edir. Ankara isə bu mövzuda addım atmayacağını qətiyyətli şəkildə nümayiş etdirir. Ərdoğan-Tramp görüşündə bu mövzunun müzakirəsi gözlənilir.

Ankara-Vaşinqton xəttində təxminən, 3 ildir ki, həll olunmağı gözləyən başqa bir məsələ FETÖ terror təşkilatının liderinin Türkiyəyə geri verilməsidir. Ötən ilin fevral ayında məsələ ilə bağlı ortaq işçi qrupu yaradılmışdı. Bilgi və sənədlərin təqdim edilməsinə rəğmən, ABŞ tərəfindən mütləq bir addım hələ də atımayıb.

Son olaraq, Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması və Suriyaya aid Qolan təpələri qərarının gündəmə gəlməsi gözlənilir. Ərdoğan bu məsələlərdəki narahatlığını həmkarının diqqətinə çatdıracaq.(publika)