kanal14.az
kanal14.az

Ellada Vaqifqızı: "AĞLAYA-AĞLAYA DÜNYAYA GƏLDİM..."

Ellada Vaqifqızı:
20-04-2019, 00:03 268 dəfə baxılıb

Ellada Vaqifqızı:








 
 
İndiyədək şeirləri işıq üzü görmədi.
Bu dəfə yaşadığı anları ürək yanğısı ilə qələmə alan gənc şairə Ellada Vaqifqızı saytımıza üz tutdu.

Ağlaya ağlaya dünyaya gəldim
Elə doğulandan çəkirəm zülüm
Səni həyatımın günəşi bildim
Yaman yandırırsan ömrümü gülüm

Sənsiz hər şeyim var dövlətim varım
Bircə tək sən yoxsan bəlli etmirəm
İnan yalanınla çox yandı canım
Belə xəyanətə dözə bilmirəm

Dediyin yalana inandın özün
Daha sanmadın ki uşaq deyiləm
Məndən yaxşısını axtardı gözün
Dönmə qəlbi yumşaq Eliş deyiləm

Sayəndə ürəyim xəstəlik tapıb
Təbib söylədiki dərmanı sənsən
Dedim ürəyimdə bir ilan yatıb
O həb gərək deyil xəncərlə kəs sən

Bir vaxtlar səninlə xəyal qururdum
Sən demə onları viran etmisən
Daha taqətim yox bəsdir yoruldum
Qal məndən uzaqda hara getmisən

Üzülmə keçəcək pis gün az olur
Bir şey var möhkəm dur yıxılma daha
Nə olsun güllərdə açılır solur
Hər şeyi həvalə eylə Allaha

Ağlama ağlamaq yaraşmır sənə
Başqa çarən nədir de bilim məndə
Düşman seyr eyləyir valehdir sənə
Üzdə gül yenədə ağla qəlbində

Bəlkə də sən indi şirin yuxuda
Dəli aşiqlərtək səni anıram
Hər an hər dəqiqə dayan qarşımda
Mən səni ikinci varlıq sanıram

Sən hələ uşaqdan uşaqsan mənə
Bir az böyü sevməyi öyrəndim sənə 
Zəhrimar bir sözüm keçmir qəlbimə
Ki bir az sadiq ol sən sahibinə

Başımı fırladır baxışın yaman 
Düşün mənim üçün yaradılmısan
Məndən ayrılmağı eyləmə güman 
Sən mənim canimda ikinci cansan

Sənə varlığımı xatirlatmaqçün 
Daha mən nələrdən vaz keçəcəyəm
Ömrümü ömrünə hədiyyə etdim
Səni sevə-sevə mən öləcəyəm

Adım ELLADA təkcə sənin aşiqin
Bunu bir kərədə anlamamisan
Səndən başqa axı qalibidir kimin
Birkərə eşqinə sən yanmamisan...

©Gənc şairə Ellada Vaqifqızı.İnfoPlyus.Tv






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA