Gündəm / Cəmiyyət / Foto

Küçədə qadını təhqir edən şəxs Zakir Fərəcovun əmisi oğlu çıxdı - VİDEO+FOTO

 Küçədə qadını təhqir edən şəxs Zakir Fərəcovun əmisi oğlu çıxdı - VİDEO+FOTO


 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı video yayılıb.
 
Belə ki, xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib.
Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, videodakı həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır.
Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.