Gündəm / Təhsil

“Təhsil Nazirliyi müsabiqədən keçməyən şəxsləri direktor təyin edib”- Kamran Əsədov


"Təhsil Nazirliyi öz yazdığı qaydaları özü açıq şəkildə pozur”.

Cebhe.info-nun xəbərinə görə, bu iddia ilə təhsil eksperti Kamran Əsədov çıxış edib.

O bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydalarında müsabiqədə iştirak üçün tələblər yazılıb:

"Maddə 2.1. Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilə və azı 5 il pedaqoji staja malik (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) hazırda ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Hazırda başda Neftçala rayonu olmaqla bir sıra məktəblərdə Təhsil Nazirliyi bu qaydaları açıq şəkildə pozub, müsabiqədən keçməyən şəxsləri belə direktor təyin edib.

Maraqlıdır, təyin etdiyi direktorlar arasında İlahiyyat ixtisaslı, İslam Universitetini bitirmiş şəxslər də var. Görəsən, direktor olmaq üçün onlar "hansı imtahanı" veriblər? Axı qanunvericiliyin tələbinə görə, bu ixtisaslı şəxslər direktor ola bilməzlər”.