Gündəm

Bakıda ikimərtəbəli ev yanıb

http://olke.az/uploads/1553491339/yangind.jpg
 
 
Nəsimi rayonunda yanğın baş verib.

"Kanal14.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 345 m² olan ikimərtəbəli mansarda tipli evin mansardasının yanar konstruksiyaları 115 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Ölkə.Az