Gündəm / Cəmiyyət / Foto

Heydər Əliyev qanuni xidmət edir, Məhərrəm Rəsulov isə kef edir…

Heydər Əliyev qanuni xidmət edir, Məhərrəm Rəsulov isə kef edir…

Ölkə başçısı İlham Əliyevin oğlu Heydər Əliyev hərbi xidmət keçdiyi halda Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasının rəisi Ruslan Rəsulovun oğlu Məhərrəm Rəsulovun adı, atasının rəis olduğu türmənin yaxınlığındakı hərbi hissədə, özü isə Gəncədəki əyləncə mərkəzlərindədir. 

Rəisin oğlu Gəncədə Xan bağına bitişik hərbi hissədə guya xidmət keçir. Söz yox ki, təcridxana ilə hərbi hissə qonşudu və əsgər hər an atasının qayğısını görür, himayəsi altında olur. O, istədiyi saatda evinə gəlib gedə bilir. Maraqlı fikir ortaya çıxır. Ölkənin birinci şəxsinin oğlu qanuni xidmət edir, ancaq türmə rəisinin oğlu parkın başındakı hərbi hissədə kef edir, bütün günü evdə, şəhərdə istədiyi kimi əylənir.
Heydər Əliyev qanuni xidmət edir, Məhərrəm Rəsulov isə kef edir…

Hörmətli oxucular, yuxarıda bəhs etdiyimiz 2 saylı İstintaq Təcridxanasının rəisi ilə bağlı yaxın günlərdə daha geniş araşdırma yazımızı gundemxeber.az-ın çoxsaylı oxucularının diqqətinə çatdırmağa çalışacağıq. Bizi izləməyi unutmayın!