Gündəm

Zorlama maddəsi ilə məhkum olunan keçmiş deputatlığa namizəd məhkəməyə şikayət etdi

http://olke.az/uploads/1551680052/mehkemee.jpg
 
Bakı Apellyasiya Məhkəməsində zorlama maddəsi ilə məhkum olunan, Milli Dirçəliş Hərəkat Partiyasından deputatlığa namizəd olmuş şəxs hakim qarşısına çıxarılacaq.

Cinayət məcəlləsinin 149.2.4-cü (zorlama; zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 29,149.2.4, 149.2.5 və 150.1-ci maddəsi ilə təqsirləndirilən Zərbalıbəyli Məsləhət Hacağa oğlunun məhkəmə prosesi mart ayının 6-da hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Zərbalıbəyli Məsləhət Hacağa oğlu 2015-ci ildə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olub. İxtisasca hüquqşünasdır