Gündəm

Türkan Şoray pərəstişkarının 57 illik arzusunu yerinə yetirdi — FOTO / VİDEO

http://olke.az/uploads/1550898899/57.jpg
 
 
57 ildir Türkan Şorayın fotolarını yığan və onunla tanış olub fotoalbomu ona bağışlamaq istəyən Necla Aslan adlı qadının arzusu reallaşıb.

Türkan Şoray diyarbəkirli Necla Aslanı evində qonaq edib.

Bir xəbər verilişinə çıxaraq Türkan Şoraya səslənən Necla Aslanın səsi eşidilib. Aktrisa bu çağırışa səssiz qalmayıb. O, "Daha əvvəl xəbərim olsaydı, bu qədər gözləməzdik. Çox duyğulandım, çox xoşbəxt etdin məni Necla, təşəkkür edirəm” deyib.

Diyarbəkirdə yaşayan və arzusunun reallaşmasına görə özünü xoşbəxt hiss edən Necla deyib:

 

"57 il əvvəl bu albomu hazırlamağa başladım. Elə bil yuxudayam. Arzumun reallaşmasında əməyi keçən hər kəsə və sultanım Türkan Şoraya təşəkkür edirəm”.

Necla ilə söhbət edən Türkan Aslan ailəsi ilə də telefonla danışıb. Neclanın oğlu Əmrah Aslan isə anasının vəsiyyətini sağ ikən yerinə yetirdiyini və çox xoşbəxt olduğunu deyib.